Şahmatçımız Şəhriyar Məmmədyarov Sinkfild kuboku yarışlarında yeddinci yeri tutub
ABŞ-ın Sent-Luis şəhərində Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarovun da qatıldığı “Grand Chess Tour” şahmat seriyasının beşinci mərhələsi olan Sinkfild kuboku yarışları başa çatıb.

Klassik şahmat üzrə keçirilən yarışda Şəhriyar Məmmədyarov yeddinci yeri tutub. Turnirin qalibi fransalı şahmatçı Maksim Vaşe-Laqrav olub. Turnirdə, ümumilikdə 10 qrosmeyster iştirak edib.

Xatırladaq ki, Ş.Məmmədyarov seriyanın birinci mərhələsi "Superbet Chess Classic Romania"ın qalibi olub.


Xəbər 504 dəfə oxundu.