II tura yekun vuruldu

Bu gün keçirilən 3 oyunla Azərbaycan Premyer Liqasında II tura yekun vurulub. Turun mərkəzi qarşılaşmasında son çempion “Neftçi” “Dalğa Arena”da “Qarabağ”ın qonağı olub.

İlk yarının sonlarında vurulan qol sayəsində "Qarabağ" cari mövsümdə ilk qələbəsini qazanıb. Komandaya 3 xalı gətirən qolu 42-ci dəqiqədə Qara Qarayev vurub.

İlk turda Gəncədə “Kəpəz” üzərində sensasion qələbə qazanan “Turan” isə uğurun davamını gətirə bilməyib. Qərb təmsilçisi bu dəfə doğma arenada “Sumqayıt”a uduzub.

11 avqust (şənbə)

"Qarabağ" - "Neftçi" - 1:0
QOL: Qara Qarayev, 42
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Anar Salmanov
“Dalğa Arena” stadionu

AZAL - "Rəvan" - 3:1
QOLLAR: Junior Nildo, 3; Zohair Benouahi, 68; 69 - Juan Varela, 72
Hakimlər: Elçin Məmmədov, Knyaz Əmiraslanov, Namiq Hüseynov, Ramil Əhmədov
“AZAL Arena” stadionu

"Turan" - "Sumqayıt" - 0:1
QOL: Ruslan Qurbanov, 65 (p)
Hakimlər: Elvin Əsgərov, Zeynal Zeynalov, Elşən Acalov, Tahir Əhmədov
Tovuz şəhər stadionu

Xəbər 1153 dəfə oxundu.