Cəbrayıl və Xetaq bürünc uğrunda mübarizə aparacaqlar - YENİLƏNİR
London Olimpiadasına bu gün yekun vurulacaq. Sonuncu gün sərbəst güləş üzrə Azərbaycan yığmasının idmançılarından Cəbrayıl Həsənov və Xetaq Qazyumov mübarizəyə qoşulublar. Hər iki pəhləvanımız qarşılaşmaya 1/8 finaldan başlayıblar.

66 kq
Avropa çempionumuz Cəbrayıl Həsənov ilk görüşündə güclü rəqiblə qarşılaşıb. O, 1/4 finala yüksəlmək uğrunda bolqarıstanlı Anatolieviç Bazaya ilk hissədə 3:0, ikici hissədə isə 3:1 hesabı ilə qalib gəlib.

Təmsilçimiz 1/4 finalda belaruslu Əli Şabanovla güləşib. Gərgin keçən qarşılaşmada idmançımız qalib gələrək (2:2, 1:1, 22) yarımfinala yüksəlib.

Yarımfinalda yapon güləşçisi Tatşuhira Yonemitsuya (0:2, 0:1) uduzan Cəbrayıl mübarizəni bürün medal üçün davam etdirəcək.

96 kq
Pekin Olimpiadasının bürünc medalçısı Xetaq Qazyumov belaruslu Ruslan Şeyxovla qarşılaşıb.

İlk hissədə 2 dəqiqə ərzində güləşçilər xal qazanmadıqlarından, püşkə ehtiyac olub. Burada isə püşk rəqib üçün uğurlu çıxıb. Lakin Şeyxovun hücum üstünlüyünü təmsilçimiz öz xeyrinə başa vurub – 1:0. İkinci hissədə də eyni hesabla qalib gələn Xetaq 1/4 finala yüksəlib.

1/4 finalda güləşçimiz ukraynalı Valeri Andritsyevlə qarşılaşıb. Gərgin keçən görüşdə rəqib qalib gəlib. Xetaq bundan sonra Andritsyevin finala yüksəlməsini gözləməlidir. Əgər bu belə olarsa, idmançımız bürün medal uğrunda mübarizəyə apara bilər.

Xəbər 958 dəfə oxundu.