Azərbaycanın U-21 millisinin heyəti açıqlanıb
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb.

Azsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Milan Obradoviç 24 oyunçuya dəvət göndərib.

Yığma 22 - 29 avqustda Bakıda təlim məşq toplanışı keçəcək. “Neftçi”dən dəvət olunan Mert Çelik, Asim Əlizadə, Vüsal Əsgərov və “Qarabağ” klubunun futbolçusu Musa Qurbanlı Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra düşərgəyə qoşulacaq.


Xəbər 322 dəfə oxundu.