İki boksçumuz Olimpiadanın bürünc medalını qazanıb

Azərbaycan boksçuları London olimpiadasında yarışlarını başa vurublar. 91 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu Teymur Məmmədov yarımfinal mərhələsində İtaliya idmançısı Klemente Russo ilə qarşılaşıb və məğlub olaraq mübarizəni dayandırıb.

91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidov isə yarımfinal mərhələsində digər İtaliya idmançısı Roberto Kammarelleyə uduzub.

Beləliklə hər iki boksçumuz London Yay Olimpiya Oyunlarının bürünc medalına layiq görülüblər.

Xəbər 1161 dəfə oxundu.