Premyer-liqa: 2-ci turun 3 oyunu keçirilib
Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turu çərçivəsində üç oyun keçirilib.

Lənkəran mərkəzi stadionunda “Xəzər-Lənkəran” komandası Gəncənin “Kəpəz” klubunu qəbul edib. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən oyunda “Xəzər-Lənkəran” rəqib qapısından 4 cavabsız top keçirib. Oyunda Adrian Skarlatake, Ruslan Abışov, Adrian Pit və Robert Alviz fərqləniblər.

Paytaxtın “İnter” kollektivi Qəbələ şəhər stadionunda eyniadlı komandanın qonağı olub. Maraqlı idman mübarizəsi şəraitində keçən matçda “Qəbələ”nin futbolçusu Leurival Rodrigezin vurduğu qol komandasının qələbəsini rəsmiləşdirib – 1:0.

“Bakı” öz təlim-məşq bazasında Zaqatalanın “Simurq” klubu ilə qarşılaşmış və oyunda hesab açılmayıb.

Xəbər 916 dəfə oxundu.