“Neftçi” qrupa düşmək üçün APOEL səddini keçməlidir

Bu gün Avroliqada son təsnifat mərhələsinin püşkü atılıb. Çempionlar Liqasında çıxışını dayandırdıqdan sonra mübarizəni Avroliqada davam etdirmək hüququ qazanan “Neftçi” qrup mərhələsinə düşmək üçün Kipr APOEL-ini mübarizədən kənarlaşdırmalıdır.

Ada təmsilçisi hazırkı turnirdə çıxış edərək, ötən mərhələdə Norveçin “Olesund” klubunu hər 2 oyunda məğlub edib – evdə 2:1, səfərdə 1:0.

Püşkə əsasən “Neftçi” ilk oyunu avqustun 23-də səfərdə, cavab matçını 30-da evdə keçirəcək.



1. “Anji” (Rusiya) - “Alkmaar” (Hollandiya)
2. APOEL (Kipr) - “Neftçi” (AZƏRBAYCAN)
3. “Atromitos” (Yunanıstan) - “Nyukasl” (İngiltərə)
4. “Tromse” (Norveç) - ”Partizan” (Serbiya)
5. “Vaslui” (Rumıniya) – “İnter” (İtaliya)
6. “Harts” (Şotlandiya) – “Liverpul” (İngiltərə)
7. “Atletik” (İspaniya) – HİK (Finlandiya)
8. “Maritimo” (Portuqaliya) – “Dila” (Gürcüstan) – “Anortosis” (Kipr) cütünün qalibi
9. “Molde” (Norveç) – “Herenveen” (Hollandiya)
10. “Debretsen” (Macarıstan) – “Brügge” (Belçika)
11. “Şerif” (Moldova) – “Marsel” (Fransa)
12. “Trabzonspor” (Türkiyə) – “Videoton” (Macarıstan)
13. “Midtülland” (Danimarka) – “Yanq Boyz” (İsveçrə)
14. “Şlask” (Polşa) – “Hannover” (Almaniya)
15. “Dinamo” (Rumıniya) – “Metallist” (Ukrayna)
16. “Horsens” (Danimarka) – “Sportinq” (Portuqaliya)
17. “Hapoel” (Təl-Əviv, İsrail) – “Düdelanj” (Lüksemburq)
18. “Feyenoord” (Hollandiya) – “Sparta” (Çexiya)
19. “Mozervell” (Şotlandiya) – “Levante” (İspaniya)
20. “Srvena Zvezda” (Serbiya) – “Bordo” (Fransa)
21. “Lokeren” (Belçika) – “Viktoriya” (Çexiya)
22. “Latsio” (İtaliya) – “Mura” (Sloveniya)
23. AİK (İsveç) – MOİK (Rusiya)
24. “Legiya” (Polşa) – “Rusenborq” (Norveç)
25. “Bursaspor” (Türkiyə) – “Tvente” (Hollandiya)
26 “Styaua” (Rumıniya) – “Ekranas” (Litva)
27. “Slovan” (Çexiya) – “Dnepr” (Ukrayna)
28. “Ştutqart” (Almaniya) – “Dinamo” (Rusiya)
29. PAOK (Yunanıstan) – “Rapid” (Avstriya)
30. “Lütsern” (İsveçrə) – “Genk” (Belçika)
31. “Zeta” (Çernoqoriya) – PSV (Hollandiya)

Qeyd edək ki, “Anortosis”lə “Dila” arasında Kiprdə keçirilən cavab oyunu başa çatdırılmayıb. Buna səbəb kiprli azarkeşlərin matçın sonunda meydana girərək, qarışıqlıq yaratmağıdır. Həmin vaxt hesabda 0:3 geri olan “Anortosis” UEFA-dan texniki məğlubiyyət alandan sonra “Dila”nın son təsnifat mərhələsinə çıxmağı rəsmiləşəcək.

Apasport.az

Xəbər 904 dəfə oxundu.