Əşrəf Əliyev: Qələbə və məğıubiyyət
Bu gün London Olimpiadasında sərbəst güləş üzrə yarışlar başlayıb. Azərbaycan bu yarışların proqramına daxil olan 7 çəki dərəcəsindən 6-da təmsil olunur.

Pəhləvanlarımızdan ilk olaraq Əşrəf Əliyev xalçaya çıxıb. 74 kq çəki dərəcəsində qüvvəsini sınayan güləşçimiz 1/16 finalda yaponiyalı Soşuke Takatani ilə qarşılaşıb. Gərgin qarşılaşmadan Əliyev qalib ayrılıb. O, hər 2 hissədə 1:0 hesabı ilə qələbə qazanıb.

Güləşçimiz 1/8 finalda Denis Tsarquşla (Rusiya) qarşılaşacaq.
İdmançımız görüşə yaxşı başlayıb. O, hətta I hissəni də aktivinə yazıb (1:0). Lakin növbəti hissələrdə rəqibin təcrübəsi öz sözünü deyib. 2 qat dünya çempionu olan Tsarquş hər 2 dəqiqədə Əşrəfdən 1 xal alıb və mərhələ adlayıb.

Bununla Əliyevin də qızıl medal qazanmaq şansı itib. Lakin rusiyalı finala kimi irəliləyərsə həmyerlimiz bürünc medal uğrunda mübarizə aparmaq hüququna yiyələnəcək.

Xəbər 1054 dəfə oxundu.