Şahmatçılarımızdan ikisi Aqzamov memorialının üçüncü turunda qələbə qazanıb
Özbəkistanın paytaxtı Daşkənddə Aqzamov şahmat memorialının üçüncü turunun oyunları keçirilib.

Yarışın güclü A turnirində Azərbaycanın üç şahmatçısı - Misrətdin İsgəndərov, Məhəmməd Muradlı və Vüqar Rəsulov iştirak edirlər. M.İsgəndərov və V.Rəsulov üçüncü turda qələbə qazanıblar. M.Muradlı isə uduzub.

Hazırda hər üç şahmatçımızın 2 xalı var.
Doqquz turdan ibarət turnir avqustun 22-dək davam edəcək.

Xəbər 338 dəfə oxundu.