Aliyə Qarayeva günə uğurla başladı
İlk günü 5-ci yerdə tamamlayan 24 yaşlı Avropa çempionumuz xalçaya öncə gürzlərlə çıxıb. Onun bu hərəkəti uğurlu alınıb və hakimlər tərəfindən 27,850 xala layiq görülüb.

Gimnastımız lentlə hərəkətinə 4-cü nömrə kimi çıxacaq.

Təsnifat mərhələsinin yekununa əsasən isə 10 idmançı finala yüksələcək. Qaliblər avqustun 11-də bilinəcək.

Qeyd edək ki, Qarayeva yarışın birinci günündə həlqə (27,450) və topla (28,350) hərəkətlərdən sonra 55,800 xal toplayaraq, 5-ci yerdə qərarlaşıb.

İlk 3 sırada rusiyalılar – Dariya Dmitriyeva (57,800), Yevgeniya Kanayeva (57,625) və belaruslu Lyubov Çarkaşina (56,450) yer alıb. 4-cü yerdə qərarlaşan Jae Son Yeon (Çin) isə təmsilçimizi 0,100 xal qabaqlayır.

Xəbər 981 dəfə oxundu.