Valentin Demyanenko uğursuz çıxışının səbəbini açıqladı
Azərbaycan kanoeçisi Valentin Demyanenko 2012-ci il London Yay Olimpiya Oyunlarında uğursuz çıxışının səbəbini açıqlayıb. 29 yaşlı idmançı Lent.az-a açıqlamasında ötən gün zədə aldığını bildirib.

O, məşq vaxtı əzələsini qırdığını söyləyib: “Mən start xəttinə məcburən çıxmışdım. Amma elə startdaca ağrılarım başladı. Ona görə də bütün rəqiblərimdən geri qalaraq, mübarizəni dayandırdım”.

Qeyd edək ki, 3 qat dünya və 4 qat Avropa çempionu London olimpiadasında start xəttinə çıxan 7 kanoeçi arasında sonuncu yeri tutaraq, mübarizəni dayandırıb.

Xəbər 2004 dəfə oxundu.