London 2012: 13 günü Azərbaycan yığması üçün 5 medalla başa çatıb | |
XXX London Yay Olimpiya Oyunlarının ilk 13 günü Azərbaycan yığması üçün 5 medalla başa çatıb. 53 idmançı ilə Böyük Britaniya paytaxtına yollanan millimizin heyətində artıq 44 idmançımız gücünü yoxlayıb. Onlardan Valentin Xristov, Rövşən Bayramov, Emin Əhmədov, Mariya Stadnik və Yuliya Ratkeviç çıxışını medalla başa vurub. Güləş Rövşən Bayramov (55 kq) - Gümüş medal qazanıb. Emin Əhmədov (74 k) - Bürünc medal qazanıb. Saman Təhmasibi - 1/8 finalda uduzub. Həsən Əliyev (60 kq) - 5-ci yeri tutub. Şalva Qadabadze (96 kq) - 7-ci yeri tutub. Mariya Stadnik (48 kq) - Gümüş medal qazanıb. Yuliya Ratkeviç (55 kq) - Bürünc medal qazanıb. Atletika Dmitri Marşin (çəkiçatma)- 20-ci yeri tutub. Layeş Abdullayeva (5000 m məsafəyə qaçış) - 32-ci yeri tutub. Hayle İbrahimov (5000 m məsafəyə qaçış) - Final mərhələsinə yüksəlib. Atçılıq Camal Rəhimov - 60-cı yeri tutub. Akademik avarçəkmə Aleksandr Aleksandrov (2000 m) - 5-ci yeri tutub. Natalya Mustafayeva (2000 m) – 12-ci yeri tutub. Kanoe Sergey Bezuqlıy – Maksim Prokopenko dueti - 4-cü yeri tutub Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 m məsafəyə yürüş) - seçmə mərhələdə uduzub. Boks Elvin Məmişzadə (52 kq) - 1/16 finalda uduzub. Vətən Hüseynli (81 kq) - 1/16 finalda uduzub. Heybətulla Hacəliyev (64 kq) - 1/16 finalda uduzub. Məhəmməd Abdulhəmidov (56 kq) - 1/8 finalda uduzub Məhəmmədrəsul Məcidov (+91 kq) - 1/2 finala yüksəlib. Teymur Məmmədov (91 kq) - 1/2 finala yüksəlib. Soltan Migitinov (75 kq) - 1/8 finalda uduzub. Yelena Vıstropova (75 kq) - 1/8 finalda uduzub. Cüdo İlqar Müşkiyev – ilk görüşdəcə uduzub. Tərlan Kərimov (66 kq) – 7-ci yeri tutub. Kifayət Qasımova – ilk görüşdəcə uduzub. Rüstəm Orucov - 1/8 finalda mübarizəni dayandırıb. Elnur Məmmədli – ilk görüşdəcə uduzub. Ramilə Yusubova - 1/8 finalda uduzub Elxan Məmmədov - 1/8 finalda uduzub. Elmar Qasımov - 7-ci yeri tutub. İdman gimnastikası Şakir Şıxəliyev - 40-cı yer Atıcılıq İradə Aşumova (10 m) – 39-cu yeri tutub. İradə Aşumova (25 m) - 23-cü yeri tutub. Üzgüçülük Oksana Hətəmxanova (brass,100 m) – Təsnifat mərhələsində 46 idmançı arasında 44-cü olub. Yevgeni Lazuka - 38-ci yeri tutub. Velosiped idmanı Yelena Çalıx (şosse yürüşü) – finiş xəttinə çata bilməyib. Yelena Çalıx (ayrı-ayrı start götürməklə fərdi yarışlar) – 20-ci yeri tutub. Ağırlıqqaldırma Valentin Xristov (56 kq) – Bürünc medal qazanıb. Boyanka Kostova (58 kq) - 5-ci yeri tutub. Əfqan Bayramov (69 kq) - mübarizəni erkən dayandırıb. Sərdar Həsənov (69 kq) - 8-ci yeri tutub. İntiqam Zairov (94 kq) - 6-cı yeri tutub. Veliçko Çolakov (+105 kq) - Londonda zədələndiyi üçün mübarizə aparmayıb. Qılıncoynatma Səbinə Mikina - 1/8 finalda uduzub. |
|
Xəbər 946 dəfə oxundu. |
|
|