Meksikalı atlet daha dörd il müddətinə yarışlardan diskvalifikasiya edilib | |
İdman yerişi üzrə Rio Olimpiadasının gümüş mükafatçısı, meksikalı Mariya Qonsales məlumatların saxtalaşdırılmasına görə daha 4 il müddətinə yarışlardan diskvalifikasiya edilib. Bu barədə “Athletics Integrity Unit”in (AIU) mətbuat xidməti məlumat yayıb. İdmançı qanunsuz maddənin istifadəsinə görə, artıq dörd illik cəzaya məhkum edilib. Bir ildən sonra – 2022-ci il noyabrın 16-da idmançının cəza müddəti bitdikdən sonra yenisi qüvvəyə minəcək. Beləliklə, atlet 2026-cı ilin noyabrına qədər yarışlara qatıla bilməyəcək. |
|
Xəbər 461 dəfə oxundu. |
|
|