Çempionlar liqası: “Azərreyl”in qrupdakı oyunlarından beşinin vaxtı və yeri müəyyənləşib
Çempionlar Liqasında çıxış edəcək “Azərreyl”in qrupdakı oyunlarından beşinin vaxtı və yeri müəyyənləşib. Hələlik təmsilçimizin yalnız 4-cü turdakı oyunu ilə bağlı qeyri-müəyyənlikdir.

D qrupunda mübarizə aparacaq qadın voleybolçularımızın ev qarşılaşmalarının hamısının vaxtı da bilinir. Təmsilçimiz Bakıdakı matçların hamısını İdman Oyunları Sarayında saat 18:00-da başlayacaq.

I tur
24 oktyabr
18:00. “Azərreyl” – “Dresdner” (Almaniya)
Bakı. İdman oyunları sarayı

II tur
31 oktyanr
19:00. “Əczaçıbaşı” (Türkiyə) – “Azərreyl”
İstanbul. Burhan Fələk İdman Salonu

III tur
14 noyanr
18:00. “Azərreyl” – “Tauran” (Polşa)
Bakı. İdman oyunları sarayı

IV tur
“Tauran” (Polşa) - “Azərreyl”

V tur
5 dekabr
18:00. “Azərreyl” – “Əczaçıbaşı” (Türkiyə)
Bakı. İdman oyunları sarayı

VI tur
11 dekabr
22:00. “Dresdner” (Almaniya) - “Azərreyl”
Drezden. Marqon Arena

Xəbər 1107 dəfə oxundu.