Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı | |
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: XXXII Tokio Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri təltif edilsinlər: 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Stadnik Mariya Vasilyevna 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Ağayev Rafael Mahir oğlu Əliyev Hacı Azər oğlu Zaretska İrina İqorevna 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Alfonso Dominguez Loren Berto Berto Kindzerska İrina Hüseynov Rafiq Radik oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə Ağayev Aslan Loğman oğlu Əzimzadə Elman Süleyman oğlu “Tərəqqi” medalı ilə Cəfərov Vüsal Səfa oğlu Məmmədov Anar Vahid oğlu Məmmədov Orxan Rasim oğlu Məmmədov Rəşad Nizami oğlu Hüseynov Radik Rafiq oğlu Tarakanov Aleksandr Petroviç Horta Dominguez Humberto. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 12 avqust 2021-ci il |
|
Xəbər 462 dəfə oxundu. |
|
|