Millimiz FIFA-nın reytinq cədvəlində geriləyib
FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Sonuncu dəfə bu ilin mayında açıqlanmış reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandası 2 pillə geriləyərək 1166 xalla 112-ci pillədə qərarlaşıb.

Reytinq cədvəlinin ilk 3 pilləsində Belçika (1822), Braziliya (1798) və Fransa (1762) qərarlaşıblar.

Xəbər 324 dəfə oxundu.