“Azərbaycan Respublikasının fəxri adları haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli 706 nömrəli Fərmanına əlavə və dəyişiklik barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI


Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında böyük nailiyyətlər qazanmış şəxslərin əməyinin qiymətləndirilməsi məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikasının fəxri adları haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli 706 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №5, maddə 312; 2000-ci il, №4, II kitab, maddə 268) 1-ci bəndində “təhsil və səhiyyə” sözləri “təhsil, səhiyyə, bədən tərbiyəsi və idman” sözləri ilə əvəz edilsin, “Əməkdar memar” sözlərindən sonra “Əməkdar bədən tərbiyəsi və idman xadimi” sözləri əlavə edilsin.
2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 4 mart 2005-ci il.

Xəbər 1209 dəfə oxundu.