Bu gün Premyer Liqada II tura start veriləcək
Bu gün Premyer Liqada II tura start veriləcək. Birinci oyun günündə 3 qarşılaşma baş tutacaq.

İlk turda oyunu təxirə salınan ölkə kubokunun sahibi “Bakı” iddialılar üçün “başağrısı” ola biləcək “Simurq”u qonaq edəcək. Bununla da paytaxtın eyni adlı təmsilçisinin çernoqoriyalı baş məşqçisi Bojidar Bandoviç həm postunda, həm də ölkəmizdə rəsmi debütünü reallaşdıracaq.

Bu matçla eyni vaxtda başlayacaq digər görüşdə “Qəbələ” çempionluğa iddialı olan “İnter”ı qəbul edəcək. Komandaların hər ikisi ilk turda 1:1 hesablı heç-heçə etdiyindən qarşılaşmanın gərgin keçəcəyi sözsüzdür.

Günün son matçında “Xəzər Lənkəran” yeni mövsümün ilk ev oyununda “Kəpəz”ı sınağa çəkəcək. I turun yeganə uğursuzu olan Gəncə təmsilçisinin Lənkəranda da büdrəyəcəyi gözlənilir. Çünki Yunis Hüseynovun yetirmələri ilk turdakı heç-heçənin əvəzini onlardan çıxmaq arzusundadırlar.

10 avqust
19:00. "Bakı" - "Simurq"
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Coşqun Həsənov, Feyzulla Feyzullayev
Bakı. "Bakı"nın təlim-məşq bazasının stadionu

19:00. "Qəbələ" - "İnter"
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Azər Əsgərov, Fuad Həsənov
Qəbələ. Şəhər stadionu

19:30. "Xəzər Lənkəran" - "Kəpəz"
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, İsgəndər Əliyev, Fərid Məmmədov
Lənkəran. Şəhər mərkəzi stadionu

Qeyd edək ki, turun digər 3 matçı sabah keçiriləcək.

Xəbər 955 dəfə oxundu.