London Yay Olimpiya Oyunlarında qadın güləşi yarışları başa çatıb
London Yay Olimpiya Oyunlarında qadın güləşi yarışları başa çatıb. 4 çəki dərəcəsində verilən 16 medal 11 ölkə təmsilçisinə qismət olub.

Bu ölkələrdən yalnız 4-ü 1-dən artıq mükafat qazanıb. Mariya Stadnikin (48 kq) gümüş, Yuliya Ratkeviçin (55 kq) bürünc medalları sayəsində Azərbaycan da bu 4 ölkə arasındadır.

Yalnız çempionluq yaşayan Yaponiya və ABŞ-dan geri qalan Azərbaycan dünya 3-cüsü olub. Ölkəmiz bu göstəricidə Kanada ilə şərikdir.

Qeyd edək ki, yığmamız Londonda cəmi 2 idmançı ilə təmsil olunmuşdu. Bu sayın daha artıq olacağı halda isə komanda hesabında 2-ciliyə də ümid etmək olardı.

Xəbər 940 dəfə oxundu.