"Tokio-2020": Karateçimiz Rafael Ağayev yarımfinala yüksəlib | |
Azərbaycan karateçisi Rafael Ağayev (75 kq) Tokio Olimpiadasında növbəti qələbəsini qazanıb. B qrupunda mübarizə aparan R.Ağayev bu dəfə Nurkanat Ajiqanov (Qazaxıstan) ilə qarşılaşıb. Karateçimiz rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Üç qələbə qazanan R.Ağayev yarımfinala yüksəlib. Karateçimiz daha əvvəl Almaniya təmsilçisi Noa Biç (2:1) və Avstraliya idmançısı Çuneari Yahironu (5:0) üstələyib. R.Ağayev qrupda sonuncu döyüşünü Luici Busaya (İtaliya) qarşı keçirəcək. İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək. |
|
Xəbər 332 dəfə oxundu. |
|
|