Avroliqanın III təsnifat mərhələsini cavab oyunları arasında “Anortosis” – “Dila” matçı başa çatdırılmayıb
Avroliqanın III təsnifat mərhələsini cavab oyunları arasında “Anortosis” – “Dila” matçı başa çatdırılmayıb. Kiprli azarkeşlərin Larnakada keçirilən oyunda yaratdığı qarışıqlıq matçın 86-cı dəqiqədə dayandırılması və ləğv olunmağı ilə nəticələnib.

Məsələ ondadır ki, bir neçə tərəfdar doğma komandalarının 0:3 hesabı ilə uduzaraq, mübarizədən kənarda qalmağına dözməyərək, meydana qaçıblar. Nəticədə meydanda xoşagəlməz olay yaşanıb və bu, ev sahibləri 3-cü qolu buraxandan sonra baş verib.

UEFA hələ qərar qəbul etməsə də, “Anortosis”ə 0:3 hesablı texniki məğlubiyyət verəcəyi gözlənilir. Ancaq bu, heç nəyi dəyişməyəcək. Çünki həmin vaxt onsuz da hesabda 3:0 irəlidə olan və evdəki ilk matçda 1:0 hesabı ilə qalib gələn gürcülər növbəti mərhələyə çıxmaqla, sensasiyaya imza atıb.

Xəbər 1017 dəfə oxundu.