“Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Xalqımızın sağlamlığının qorunması və möhkəmləndirilməsində, gənclərimizin fiziki inkişafında, ölkəmizin idman şərəfinin beynəlxalq aləmdə daha da uca zirvələrə qaldırılmasında bədən tərbiyəsinin əhəmiyyətini və rolunu nəzərə alaraq, qərara alıram:
Hər il martın 5-i Azərbaycan Respublikasında “Bədən tərbiyəsi və idman günü” kimi qeyd olunsun.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 4 mart 2005-ci il.

Xəbər 1191 dəfə oxundu.