“Tokio-2020”nin altıncı günündə medal qazanan ölkələr siyahısına Yaponiya liderlik edir | |
İyulun 28-də - “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının ikinci günündə 61 ölkənin idmançıları medal qazanıblar. Medal siyahısına Yaponiya komandası liderlik edir. Bu ölkənin idmançıları 13 qızıl, 4 gümüş və 5 bürünc medal qazanıblar. Çin təmsilçiləri 12 qızıl, 6 gümüş və 9 bürünc medalla ikinci, ABŞ atletləri isə 11 qızıl, 11 gümüş və 9 bürünc medalla üçüncü pillədə qərarlaşıblar. Rusiya Olimpiya Komitəsi 7 qızıl, 10 gümüş, 6 bürünc medalla dördüncü, Avstraliya isə 6 qızıl, 1 gümüş və 9 bürünc medalla beşincidir. Digər pillələrdə Böyük Britaniya (5-6-5), Koreya Respublikası (4-2-5), Almaniya (3-2-5), Fransa (3-2-3) və Niderland (2-6-3) qərarlaşıblar. Avqustun 8-dək davam edəcək XXXII Yay Olimpiya Oyunlarında 204 Milli Olimpiya Komitəsindən 11 min atlet idmanın 33 növü üzrə 339 dəst medal uğrunda mübarizə aparır. Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub. |
|
Xəbər 374 dəfə oxundu. |
|
|