İrina Vinerin fikrincə, Azərbaycanın qızıl medala şansı yüksəkdir
Bədii gimnastika üzrə Rusiya yığmasının baş məşqçisi İrina Viner komandasının London Olimpiadasına hazırlıqla haqda fikirlərini açıqlayıb. təcrübəli mütəxəssis rəqibləri haqda danışarkən, Azərbaycanı qeyd edib.

Vinerin fikrincə, ölkəmizin şansı yüksəkdir: “Belarus, Ukrayna, Özbəkistan, Qazaxıstan və Azərbaycanın qızıl medala eyni şansı var. Biz çox güclü kampaniyadayıq. 3 il lider olmadıq, ancaq son vaxtlar ciddi artırmışıq. Bizim Londonda qələbəyə yaxşı şansımız var, ancaq ehtimal etmək lazım deyil”.

Qeyd edək ki, ölkəmizin London Olimpiadasında gimnastikada Avropa çempionu Aliyə Qarayeva təmsil edir.

Xəbər 1145 dəfə oxundu.