Azərbaycan Olimpiya çempionlarına Azərbaycan Respublikası Prezidentinin xüsusi Olimpiya təqaüdlərinin verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdlərinin təsis edilməsi haqqında” 10 oktyabr 2002-ci il tarixli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycanın aşağıdakı Olimpiya çempionlarına Azərbaycan Respublikası Prezidentinin xüsusi Olimpiya təqaüdləri verilsin:
Ponomaryov İqor Anatolyeviç
Mansurov Fərid Salman oğlu
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 fevral 2005-ci il.

Xəbər 983 dəfə oxundu.