“Fənərbaxça” və “Neftçi”nin qənimi zəiflərin arasında
Sabah Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. İsveçrənin Nyon şəhərindəki mərasim Bakı vaxtı ilə saat 15.00-da başlayacaq.
“Play-off”da 20 klub mübarizə aparacaq. Bunların 14-ü III təsnifat mərhələsinin qalibləridi. Həmin 14 klub mübarizəyə məhz pley-off mərhələsindən başlayacaq 6 iştirakçı ilə birgə Çempionlar Liqasının qrup mərhələsinə 10 vəsiqənin taleyinə aydınlıq gətirəcək.
20 klub iki qrupa və iki səbətə bölünüb. “Çempionlar” qrupunda yer alan “Neftçi”nin qənimi “Hapeol” (Kiryat Şmona) zəiflərin arasında – “Səpələnməmişlər” səbətində yer alıb. İsrail çempionunun rəqibi “Bazel”, “Anderlext”, “Seltik”, BATE və Zaqreb “Dinamo”su arasından seçiləcək.
“Çempion olmayanlar” qrupunda yer almış Türkiyənin “Fənərbaxça” klubu da zəiflərin arasında – “Səpələnməmişlər” səbətində yer alıb. “Braqa”, Kiyev “Dinamo”, “Panatinaikos”, “Kopenhagen” və Moskva “Spartak” İstanbul klubunun potensial rəqibləridi.

Xəbər 866 dəfə oxundu.