"Real" Uesli Sneyderi geri qaytarmağı düşünür
"Real" 2009-cu ildə "İnter"ə satdığı sabiq üzvü Uesli Sneyderi geri qaytarmağı düşünür. Madrid təmsilçisi hollandiyalı yarımmüdafiəçini növbəti mövsümdən heyətində görməyi planlaşdırır.

28 yaşlı oyunçunun meneceri isə məsələ ilə bağlı belə danışıb: "Hələlik danışıqlarımız olmayıb. Lakin Sneyder yenidən "Real" a qayıda bilər. Hər şeyə qarşıdakı günlərdə aydınlıq gələcək".

Milan klubunun çalışdırıcısı Andrea Stramakkioni futbolçunu yüksək məbləğ müqavilində başqa komandaya satacaqlarını bildirib.

2009-cu ildən "İnter"in şərəfini qoruyan Sneyder keçirdiyi 71 matçda 16 qol vurub.

Xəbər 889 dəfə oxundu.