Olimpiya evində yanğın baş verib
Dünən Londonda Yeni Zenlandiyanın nümayəndə heyətinin qaldığı Olimpiya evində yanğın baş verib. Olay "Kiwi House" adlanan evin qarşısında hazırlanan barbekyunun partlaması nəticəsində baş verib.

Əraziyə dərhal yanğınsöndürənlər çağırılıb. Daha çox partlayışların baş verməsi ehtimalını nəzərə alaraq 300-ə yaxın yeni zenlandiyalı azarkeş evakuasiya edilib. İnsident nəticəsində heç kim ciddi şəkildə xəsarət almayıb.

Xəbər 812 dəfə oxundu.