"Neftçi" mübarizəni Avropa Liqasında davam etdirəcək
Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə görə, son İsrail çempionu "Hapoel"ə uduzan "Neftçi" mübarizəni Avropa Liqasında davam etdirəcək. Paytaxt təmsilçisinin Avroliqanın "pley-off" mərhələsindəki rəqibi sabah müəyyənləşəcək.

Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində təşkil olunacaq. Tədbir Bakı vaxtı ilə saat 16.30-da başlayacaq. "Pley-off" mərhələsinin ilk oyunları avqustun 23-də, cavab oyunları isə bir həftə sonra keçiriləcək.

Xəbər 907 dəfə oxundu.