Bu gün London Olimpiadasında qadın güləş üzrə yarışlara yekun vurulacaq
Bu gün London Olimpiadasında qadın güləş üzrə yarışlara yekun vurulacaq. Bu növün II günündə Azərbaycan idmançılarından Yuliya Ratkeviç (55 kq) xalça üzərinə çıxacaq.

İlk mərhələdən azad olan güləşçimiz 1/8 final mərhələsi çərçivəsində yunanıstanlı Mariya Prevolaraki ilə qarşılaşacaq. Görüşə Bakı vaxtı ilə saat 17:25-də start veriləcək.

Qeyd edək ki, qadın güləşində ilk olaraq qüvvəsini sınayan Mariya Stadnik (48 kq) London Olimpiadasını 2-ci yerdə başa vurub.

Xəbər 1028 dəfə oxundu.