London Yay Olimpiya Oyunlarında keçirilən ağır atletika yarışlarında xoşagəlməz hadisə baş vermişdir
London Yay Olimpiya Oyunlarında keçirilən ağır atletika yarışlarında xoşagəlməz hadisə baş vermişdir.
Çəkisi 105 kiloqramdan yuxarı olan idmançıların turniri almaniyalı Matias Ştaynerin zədələnməsi ilə nəticələnmişdir.
196 kiloqram çəkini əlindən buraxan almaniyalı atlet ştanqın altında qalmışdır. Onun boynuna düşən ağırlıq idmançını yerə yıxmışdır. İdman qurğusunun əməkdaşları onun köməyinə çalışsa da, M.Ştayner özü ayağa qalxa bilmişdir.
AzərTAc

Xəbər 1368 dəfə oxundu.