Çempionlar Liqasının III təsnifat mərhələsinin 14 uğursuzunun tam siyahısı müəyyənləşib
Çempionlar Liqasının III təsnifat mərhələsinin 14 uğursuzunun tam siyahısı müəyyənləşib. Bu yarışda uduzaraq Avropa Liqasına transfer olunan 14 komanda reytinqinə əsasən sabahkı püşkatmada səbətlərə bölünəcək.

Bu turnirin III təsnifat mərhələsinin qaliblərinə və yarışa birbaşa qoşulacaq komandalara qatılacaq 14 uğursuzdan yalnız ikisi səpələnmiş ola bilər. Bunlar da “Partizan” (Serbiya) və “Brügge” (Belçika) klublarıdır.

Digərləri isə zəiflərin sırasında olacaq. Azərbaycan çempionu “Neftçi”də onların sırasındadır: “Debretsen” (Macarıstan), “Ekranas” (Litva), “Düdelanj” (Lüksemburq), “Vaslui” (Rumıniya), “Feyenoord” (Hollandiya), HİK (Finlandiya), “Molde” (Norveç), “Motervell” (Şotlandiya), “Neftçi” (Azərbaycan), “Şerif” (Moldova), “Şlask” (Polşa), “Slovan” (Çexiya).

Xəbər 927 dəfə oxundu.