UEFA-nın 2008-13-cü illəri əhatə edən reytinq siyahısında dəyişikliklər olub
UEFA-nın 2008-13-cü illəri əhatə edən reytinq siyahısında dəyişikliklər olub. 2012/13 mövsümünün Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarında bəzi ölkələr xal hesablarını dəyişə bilib.

Son 5 mövsümü əhatə edən reytinqə Azərbaycan hesabına daha 0,125 xal yazıb. Bu, “Neftçi”nin İsrail çempionu “Hapoel” (Kiryat-Şmona) ilə heç-heçə etməsi sayəsində mümkün olub – 2:2. Bununla, cari mövsüm qazanılan xallarımızın sayı 1,875-ə çatıb.

Bunun ən böyük hissəsi – 0,750-si “İnter”ın payına düşür. Azərbaycana yarım xal bəxş edən “Xəzər Lənkəran”a çatan “Neftçi” də 0,500 qazanıb. “Bakı” isə cəmi 0,125 xal qazanıb.

“Neftçi”nin heç-heçəsi sayəsində son 5 ilə əsasən 7,416 xal yığmağımıza imkan verib. Bunun da sayəsində Azərbaycan İrlandiyanı arxada qoyaraq 35-ci pilləyə yüksəlib. Bir pillə irəliləyiş daha artıq ola bilərdi.

Belə ki, 34-cü olan Moldova ilə 0,125 xallıq fərqi aradan qaldırma üçün “Neftçi”nin qələbəsi yetərli idi. Lakin bu baş vermədi.

Xəbər 942 dəfə oxundu.