London 2012: 12 günü ərzində 682 medal sahibini tapıb
Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarının arxada qalan 12 günü ərzində 682 medal sahibini tapıb. Bu mükafatlara 76 ölkə təmsilçiləri sahib çıxıb.

Medal sıralanmasında ilk 3 pillədə Çin, ABŞ və Böyük Britaniya yığmaları qərarlaşıb. Asiyalılar artıq 4-cü yerdən 3 dəfə çox qızıl medal qazanıblar.

Azərbaycan isə 4-cü medalını qazanmaqla, 44-cü pillədə möhkəmlənib. Hesabında 2 gümüş və 2 bürünc olan ölkəmiz bu mövqeyə şəriklərini arxada qoymağı da bacarıb. Komandamızın qazanacağı ilk qızıl olimpiyaçılarımızı 33-cü pilləyə şərik edə bilər.

Xəbər 887 dəfə oxundu.