Bu dəfə mükafatçılar arasında Azərbaycan təmsilçisi də yer alıb
London Yay Olimpiya Oyunlarının 12-ci günü arxada qalıb. Avqustun 8-də 16 medal dəsti sahibini tapıb. Bu dəfə mükafatçılar arasında Azərbaycan təmsilçisi də yer alıb. Qadın güləşində qüvvəsini sınayan Mariya Stadnik yalnız finalda uduzmaqla 2-ci olub.

Kayak və kanoelərdə avarçəkmə. Kişilər, birnəfərlik kayak, 1000 m

1. Eyrik Larsen (Norveç)
2. Adam van Kuverden (Kanada)
3. Maks Hoff (Almaniya)

Kayak və kanoelərdə avarçəkmə. Kişilər, birnəfərlik kanoe, 1000 m

1. Sebastyan Brendel (Almaniya)
2. David Kal Fiqeroa (İspaniya)
3. Mark Olderşou (Kanada)

Kayak və kanoelərdə avarçəkmə. Kişilər, ikinəfərlik kanoe, 1000 m

1. Macarıstan (Rudolf Dombi, Roland Koken)
2. Portuqaliya (Fernandu Pimenta, Emanugl Silva)
3. Almaniya (Martin Hollştayn, Andreas İle)

Kayak və kanoelərdə avarçəkmə. Qadınlar, dördnəfərlik kayak, 500 m

1. Macarıstan
2. Almaniya
3. Belarus

Atçılıq idmanı. Konkur, şəxsi hesab

1. Stiv Qerda (İsveçrə)
2. Gerko Shroder (Hollandiya)
3. Kiana Okonnor (İrlandiya)

Yelkən idmanı. Kişilər, 49-cu

1. Avstraliya (Yan Yensen, Natan Outteric)
2. Yeni Zelandiya (Piter Berlinq, Bleyr Tyuk)
3. Danimarka (Peter Lanq, Allan Norreqord)

Stolüstü tennis. Kişilər, cütlər

1. Çin
2. Cənubi Koreya
3. Almaniya

Sərbəst güləş. Qadınlar, 48 kq

1. Hitomi Obara (Yaponiya)
2. Mariya Stadnik (Azərbaycan)
3. Kerol Hyun (Kanada)
3. Klarissa Çun (ABŞ)

Sərbəst güləş. Qadınlar, 63 kq

1. Kaori İte (Yaponiya)
2. Tszin Juysyuq (Çin)
3. Lyubov Volosova (Rusiya)
3. Battsetseq Soronzonbold (Monqolustan)

Atletika. Qadınlar, uzunluğa tullanma

1. Britni Ris (ABŞ)
2. Yelena Sokolova (Rusiya)
3. Canqi Delouç (ABŞ)

Atletika. Qadınlar, sədləri dəf etməklə 400 m

1. Natalya Antyux (Rusiya)
2. Laşinda Demus (ABŞ)
3. Zuzana Geynova (Çexiya)

Atletika. Qadınlar, 200 m

1. Ellison Feliks (ABŞ)
2. Şelli-Enn Freyzer-Prays (Yamayka)
3. Karmelita Jeter (ABŞ)

Çimərlik voleybolu. Qadınlar

1. Kerri Uolş Cenninqs/Misti Mey-Treynor (ABŞ)
2. Eypril Ross/Cennifer Kessi (ABŞ)
3. Culiana Silva/Larissa Franka (Braziliya)

Atletika. Kişilər, sədləri dəf etməklə 110 m

1. Aris Merritt (ABŞ)
2. Ceyson Riçardson (ABŞ)
3. Hensl Parçment (Yamayka)

Taekvondo. Qadınlar, 49 kq

1. Vu Tszincyu (Çin)
2. Briqitt Yaqe Enrike (İspaniya)
3. Çanatip Sonham (Tailand)
3. Lusiya Zaninoviç (Xorvatiya)

Taekvondo. Kişilər, 58 kq

1. Hoel Qonsales Bonilya (İspaniya)
2. Li De Hun (Cənubi Koreya)
3. Aleksey Denisenko (Rusiya)
3. Oskar Munyos Ovyedo (Kolumbiya)

Xəbər 1281 dəfə oxundu.