Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları yekunlaşıb
Çempionlar Liqasında (ÇL) III təsnifat mərhələsinin cavab oyunları yekunlaşıb. Hələ bundan öncə son təsnifat mərhələsinə çıxan postsovet məklanı təmsilçiləri – Belarus BATE-si ilə Kiyev “Dinamo”suna “Hapoel”, “Kopenhagen”, “Panatinaikos”, AEL, “Dinamo” (Zaqreb), “Fənərbaxça”, “Bazel”, “Anderlext”, “Seltik”, ÇFR, “Helsinborq” və “Maribor” qoşulub. 14 cütdə uduzanlar isə Avroliqaya yollanırlar.

Türkiyənin ÇL-də 2 təmsilçisindən biri olan “Fənərbaxça” evdə 1:1 hesablı bərabərlikdən sonra işini çətinləşdirmişdi. Ancaq istanbullular Rumıniyada rəqibini darmadağın etməklə, son təsnifat mərhələsinə yüksəldi. Komandanın “Liverpul”dan transfer etdiyi tanınmış hollandiyalı hücumçu Dirk Kuyt etdiyi dublla qələbədə əsas pay sahiblərindən olub. “Fənərbaxça”ya yeganə qolu isə “Xəəzr Lənkəran”ın transfer etmək istədiyi, ancaq sonda “Vaslui”yə keçən təcrübəli rumıniyalı hücumçusu Marius Nikulae vurub.

Ötən gün postsovet məkanı təmsilçilərinin hamısı üçün uğursuz olub. Belə ki, “Ekranas”la “Şerif” güclü rəqibləri ilə oyunlarda böyük hesabla uduzub. Özü də dəfələrlə ÇL-nin qrup mərhələsində oynamış “Anderlext” litvalıların qapısından 2 oyuna 11 cavabsız qol vurub.

Çempionlar Liqası, III təsnifat mərhələsi
Cavab oyunları

8 avqust

“Neftçi” (Azərbaycan) – “Hapoel” (İsrail) – 2:2
İlk oyun – 0:4

“Brügge” (Belçika) – “Kopenhagen” (Danimarka) – 2:3
İlk oyun – 0:0

“Panatinaikos” (Yunanıstan) – “Mozervell” (Şotlandiya) – 3:0
İlk oyun – 2:0

“Partizan” (Serbiya) – AEL (Kipr) – 0:1
İlk oyun – 0:1

“Dinamo” (Xorvatiya) – “Şerif” (Moldova) – 4:0
İlk oyun – 1:0

“Vaslui” (Rumıniya) – “Fənərbaxça” (Türkiyə) – 1:4
İlk oyun – 1:1

“Bazel” (İsveçrə) – “Mölde” (Norveç) – 1:1
İlk oyun – 1:0

“Ekranas” (Litva) – “Anderlext” (Belçika) – 0:6
İlk oyun – 0:5

HİK (Finlandiya) – “Seltik” (Şotlandiya) – 0:2
İlk oyun – 1:2

“Slovan” (Çexiya) – ÇFR (Rumıniya) – 1:2
İlk oyun – 0:1

“Helsinborq” (İsveç) – “Şlensk” – 3:1
İlk oyun – 3:0

“Düdelanj” (Lüksemburq) – “Maribor” (Sloveniya) – 0:1
İlk oyun – 1:4

Xəbər 964 dəfə oxundu.