Mariya Stadnik də gümüş medal qazandı
XXX London Yay Olimpiya Oyunlarında 48 kiloqram çəki dərəcəsində mübarizə aparan qadın güləşçimiz Mariya Stadnik finala vəsiqə qazanıb.

İlk görüşündə ABŞ idmançısı Klarissa Çunu məğlub edən güləşçimiz dörddəbir final mərhələsində polşalı Nina Matkovskaya qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə güləşçimizin rəqibi İrina Merleni (Ukrayna) olub. İlk saniyələrdən Ukrayna idmançısına aman verməyən xanım güləşçimiz (1:0, 3:0) finala yükəlib.

Finalda Mariya yaponiyalı Hitomi Obara ilə qarşılaşaraq məğlub olub və olimpiadanın gümüş medalını qazanıb.
Qeyd edək ki, final qarşılaşmaları bu axşam Bakı vaxtı ilə saat 23-dən başlayacaq.

Xəbər 2336 dəfə oxundu.