Mariya Stadnik yarımfinalda İrina Merleni ilə qarşılaşacaq

XXX London Yay Olimpiya Oyunlarında 48 kiloqram çəki dərəcəsində mübarizə aparan qadın güləşçimiz Mariya Stadnik növbəti qələbəsini qazanıb.
İlk görüşündə ABŞ idmançısı Klarissa Çunu məğlub edən güləşçimiz dörddəbir final mərhələsində polşalı Nina Matkovskaya qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə güləşçimizin rəqibi İrina Merleni (Ukrayna) olacaq.

Xəbər 1161 dəfə oxundu.