Çinin “Şanxay Şenhua” klubu daha bir ulduzu hədəfə alıb
Didye Dorqba və Nikola Anelkanı heyətinə qatmaqla bütün dünyada özünü reklam edən Çinin “Şanxay Şenhua” klubu daha bir ulduzu hədəfə alıb. Asiyalılar Mixael Ballakı transfer etmək istəyir.
“Berliner Morgenpost”un xəbərinə görə, “Şanxay Şenhua” alman uldza rəsmi təklif göndərib. Keçidin baş tutub-tutmayacağına yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edəe ki, Ballakın 2010-cu ildə döndüyü doğma klubu “Bayer”lə müqaviləsi başa çatıb. Almaniya yığmasının sabiq kapiatnı əvvələr “Bavariya” və “Çelsi”də forma geyinib.

Xəbər 888 dəfə oxundu.