Xüsusi olimpiyaçı oğlanlar və qızlar arasında badminton yarışlarının qalibləri müəyyənləşib
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında oğlanlar və qızlar arasında badminton yarışları keçirilib.

Oğlanlar arasında ən güclü divizionda Ruslan Əliyev birinci yeri tutub. Qızların yarışlarında isə Teyfə Musayeva qalib gəlib.

Yarışlarda əsasən xüsusi, yardımçı internatlar, sosial müəssisə, inklüziv orta məktəblərin şagirdlərindən, məzunlarından, eyni zamanda, ailələrdən və autizm təşkilatlarından olan 140-dan çox atlet iştirak edib.

Turnir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə keçirilib.

Xəbər 375 dəfə oxundu.