AFFA daha bir yığmamızın yoldaşlıq görüşünün stadionunu dəyişdirib
AFFA daha bir yığmamızın yoldaşlıq görüşünün stadionunu dəyişdirib. Azərbaycanın və Estoniyanın 21 yaşlılardan ibarət yığmaları arasında avqustun 15-də matç AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da keçiriləcək.

Hərçənd əvvəl oyunun Bayıl qəsəbə stadionunda keçirilməyi nəzərdə tutulmuşdu ki, bununla da yeniləşən arenanın rəsmi açılışı olacaqdı. Ancaq bu, 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında dünya çempionatının final mərhələsinin oyunlarına qaldı.

“Dalğa Arena”da isə avqustun 15-də millimizin Bəhreyn yığması ilə yoldaşlıq görüşü baş tutmalı olsa da, sonradan AFFA rəqibin müraciətini nəzərə alaraq, matçın İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilməyinə qərar verdi.

Qeyd edək ki, Azərbaycan – Estoniya oyunu saat 20:00-da başlayacaq.

Xəbər 969 dəfə oxundu.