Hayle İbrahimov bu gün qaçış zolağına çıxacaq
XXX London Yay Olimpiya Oyunlarında atletika yarışlarında Azərbaycanı təmsil edəcək sonuncu idmançı Hayle İbrahimov bu gün qaçış zolağına çıxacaq. 5000 m məsafəyə qaçacaq milliləşdirilmiş legionerimiz I qrupda yer alacaq.

Saat 14:45-də başlayacaq yarışda ümumilikdə 43 atlet 2 qrupa bölünüb. İbrahimov 22 nəfərlik I qrupda mübarizə aparacaq. 1095 start nömrəsi ilə qaçış zolağına çıxacaq Hayle 13:20,09-a bərabər olan şəxsi rekordu ilə qrupda yalnız 4 rəqibini qabaqlayır. Qrupun 5 idmançısı isə karyerası ərzində 13 dəqiqədən tez qaçmağı bacarıb.
bu xəbər 322 dəfə oxunub

Xəbər 956 dəfə oxundu.