London 2012: 11-ci günündə 21 dəst medal sahibini tapıb
Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarının 11-ci günündə 21 dəst medal sahibini tapıb. Avqustun 7-də Azərbaycan idmançılarından heç biri mükafatçılar sırasına düşməyib.
Günün maraqlı hadisəsi isə atletikanın hündürlüyə tullanma növünsə olub. Belə ki, burada bütün göstəriciləri eyni olan 3 idmançı bürünc medal qazanıb. Ümumilikdə 6 atlet 2,29 m tullansa da, onlardan 3-ü elə ilk cəhddən bu hündürlüyün öhdəsindən gəlib. Onların hər birinə də bürünc medal verilib.

Atçılıq, təlim, komanda yarışları

1. Böyük Britaniya
2. Almaniya
3. Hollandiya

Stolüstü tennis, qadınlar, komanda yarışları

1. Çin
2. Yaponiya
3. Sinqapur

Triatlon, kişilər

1. Alister Braunli (Böyük Britaniya)
2. Xavyer Qomes (İspaniya)
3. Conatan Braunli (Böyük Britaniya)

Yelkən idmanı. Kişilər, RS-X

1. Dorian van Reysselberqe (Hollandiya)
2. Nik Dempsi (Böyük Britaniya)
3. Prjemıslav Myarçinski (Polşa)

Yelkən idmanı. Qadınlar, RS-X

1. Marina Alabau Neyra (İspaniya)
2. Tuuli Petaya (Finlandiya)
3. Zofiya Noçeti-Klepatska (Polşa)

İdman gimnastikası. Kişilər, bruslar

1. Fen Çje (Çin)
2. Marsel Nquyen (Almaniya)
3. Hamilton Sabo (Fransa)

İdman gimnastikası. Qadınlar, tir

1. Den Linlin (Çin)
2. Suey Lu (Çin)
3. Aleksandra Raysman (ABŞ)

İdman gimnastikası. Kişilər, turnik

1. Epke Zonderland (Hollandiya)
2. Fabian Hambyuhen (Almaniya)
3. Tszou Kay (Çin)

İdman gimnastikası. Qadınlar, sərbəst hərəkətlər

1. Aleksandra Raysman (ABŞ)
2. Katalina Ponor (Rumıniya)
3. Aliyə Mustafina (Rusiya)

Sinxron üzgüçülük, duetlər

1. Natalya İhenko/Svetlana Romaşina (Rusiya)
2. Ona Karbonell/Andrea Fuentes (İspaniya)
3. Xuan Syueçyun/Lyu Ou (Çin)

Ağırlıqqaldırma, kişilər, +105 kq

1. Behdad Səlimikordasiabi (İran)
2. Sədjəd Ənuşiravani Həmləbad (İran)
3. Ruslan Albeqov (Rusiya)

Velosiped idmanı, trek. Qadınlar, omnium

1. Lora Trott (Böyük Britaniya)
2. Sara Hammer (ABŞ)
3. Annett Edmondson (Avstraliya)

Velosiped idmanı, trek. Qadınlar, sprint

1. Anna Mirs (Avstraliya)
2. Viktoriya Pendlton (Böyük Britaniya)
3. Qo Şuan (Çin)

Velosiped idmanı, trek. Kişilər, keyrin

1. Kris Hoy (Böyük Britaniya)
2. Maksimilian Levi (Almaniya)
3. Saymon van Velthofen (Hollandiya)

Yunan-Roma güləşi. Kişilər, 66 kq

1. Kim Xen Vu (Cənubi Koreya)
2. Tamaş Lorints (Macarıstan)
3. Stiv Geno (Fransa)
3. Manuçar Tsxadaya (Gürcüstan)

Yunan-Roma güləşi. Kişilər, 96 kq

1. Hasem Rezaei (İran)
2. Rüstəm Totrov (Rusiya)
3. Artur Aleksanyan (Ermənistan)
3. Cimmi Lidberq (İsveç)

Suyatullanma, kişilər, tramplin, 3 m

1. İlya Zaxarov (Rusiya)
2. Tsin Kay (Çin)
3. Xe Çun (Çin)

Atletika. Kişilər, hündürlüyə tullanma

1. İvan Uxov (Rusiya)
2. Erik Kaynard (ABŞ)
3. Mutaz Barşim (Qətər)
3. Derek Druin (Kanada)
3. Robert Qrabarz (Böyük Britaniya)

Atletika. Kişilər, disk

1. Robert Hartinq (Almaniya)
2. Ehsan Hadadi (İran)
3. Herd Kanter (Estoniya)

Atletika. Qadınlar, sədləri dəf etməklə 100 m

1. Salli Pirson (Avstraliya)
2. Don Harper (ABŞ)
3. Kelli Uells (ABŞ)

Atletika. Kişilər, 1500 m

1. Taufik Mahlufi (Əlcəzair)
2. Leonel Mansano (ABŞ)
3. Abdalaati İquider (Marokko)

Xəbər 1393 dəfə oxundu.