Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına start verilib. İlk oyun günündə 2 qarşılaşma baş tutub. Bu oyunlardan sonra postsovet məkanı təmsilçiləri “Dinamo” (Kiyev) və BATE IV təsnifat mərhələsinə vəsiqə qazanıblar. Həm Ukrayna, həm də Belarus təmsilçisi buna səfərdə qazandığı qələbə ilə nail olub. Düzdür, kiyevlilər evdəki ilk oyunda da minimal hesablı qələbəyə sevinmişdi. Lakin onlar səfərdə nəinki üstünlüyü qorumağı bacarıb. Hətta qalib də gəlib. BATE isə vedə məğlub edə bilmədiyi rəqibin meydanında üstünlük qazanıb.

Qeyd edək ki, mərhələnin digər oyunları bu gün keçiriləcək. İsrail çempionu “Hapoel” (Kiryat-Şmona) ilə səfər oyununda biabırçı hesabla (0:4) uduzan “Neftçi” də bu gün cavab görüşündə qüvvəsini sınayacaq.

Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunları

“Feyenoord” (Hollandiya) – “Dinamo” (Ukrayna) – 0:1 (ilk oyun – 1:2)
“Debretsen” (Macarıstan) – BATE (Belarus) – 0:2 (1:1)

Xəbər 1051 dəfə oxundu.