“Simurq” klubu heyətinə yeni futbolçu cəlb etmişdir
Zaqatalanın “Simurq” klubu heyətinə yeni futbolçu cəlb etmişdir.
Komanda Bakının “İnter” klubuna məxsus Asif Mirilini icarə əsasında transfer etmişdir. 21 yaşlı gənc yarımmüdafiəçi mövsümün sonunadək “Simurq”un şərəfini qoruyacaq və komandada 14 nömrəli forma ilə mübarizə aparacaq.
Qeyd edək ki, 2004-cü ildən “İnter” klubunda karyerasını davam etdirən A.Mirili 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına da dəvət edilmişdir.
AzərTAc

Xəbər 973 dəfə oxundu.