“Grand Chess Tour”: Teymur Rəcəbov rapid turnirində səkkizinci olub
Parisdə Azərbaycan şahmatçısı Teymur Rəcəbovun da qatıldığı nüfuzlu “Grand Chess Tour” yarışının ikinci mərhələsinin rapid yarışı başa çatıb.

Şahmatçımız T.Rəcəbov son turlarda Etienne Bakrot, Riçard Rapport ilə heç-heçə edib, Yan Nepomnyaşiyə məğlub olub.

Şahmatçımız turnirin yekun nəticələrinə görə, 8 xalla səkkizinci yeri tutub. Rapid yarışının qalibi 12 xalla ABŞ təmsilçisi Uesli So olub.

İyunun 21-də “Grand Chess Tour” turnirinin ikinci mərhələsi çərçivəsində blits turniri keçiriləcək.

Xəbər 348 dəfə oxundu.