London 2012: bu gün yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulacaq
XXX Yay Olimpiya Oyunlarında bu gün yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulacaq. Bu yarışın son günündə Azərbaycanı 96 kq çəki dərəcəsində Şalva Qadabadze təmsil edəcək.

Gürcüstanlı legionerimiz Olimpiadaya ikinci mərhələdən qoşulacaq. Onun 1/8 finalda rəqibi rusiyalı Rüstəm Totrov olacaq. Görüş saat 17:30-da başlayacaq.

Qeyd edək ki, Qadabadze yunan-Roma güləşçilərinin yarışında 5 pəhləvanla təmsil olunan yığmamızın sonuncu üzvüdür. Ondan öncə mübarizə aparan idmançılarımızdan Rövşən Bayramov (55 kq) ikinci, Emin Əhmədov (74 kq) üçüncü, Həsən Əliyev (60 kq) beşinci yeri tutub. Saman Təhmasibi (84 kq) isə ilk görüşündəcə uduzub.

Xəbər 856 dəfə oxundu.