“Masters” turnirində Nicat Abasov növbəti görüşünü keçirəcək | |
İyunun 18-də ənənəvi Praqa şahmat festivalının əsas yarışı – “Masters” turnirinin beşinci turunun oyunları keçiriləcək. Azərbaycan şahmatçısı Nicat Abasov beşinci turda ABŞ təmsilçisi Sem Şenklandla üz-üzə gələcək. Şahmatçımız qara fiqurlarla mübarizə aparacaq. Turun digər oyunlarında Polşa təmsilçiləri Yan-Kşıştof Duda niderlandlı Jorden Van Forest, Radoslav Voytaşek isveçli Nils Qrandelius, Çexiya şahmatçısı David Navara həmyerlisi Tay Dan Van Nquyenlə qarşılaşacaq. Turnir cədvəlində 3 xalla S.Şenkland və N.Abasov birinci və ikinci yerləri bölüşürlər. Turnir 7 turdan ibarətdir. |
|
Xəbər 337 dəfə oxundu. |
|
|