“Tokio-2020”də xarici nümayəndə heyətinin sayı 41 min nəfərə endirilə bilər
Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya oyunlarının təşkilat komitəsi xaricdən gələn xarici nümayəndə heyətinin ümumi sayını 41 min nəfərə endirmək niyyətindədir.

Bu barədə Kyodo agentliyi məlumat verilib. Bundan əvvəl - may ayında nümayəndə heyətinin proqnozlaşdırılan maksimum sayının 59 min nəfər olduğu qeyd edilmişdi. Eyni zamanda, Tokio Olimpiadasının təxirə salınmasından əvvəl təşkilatçılar nümayəndə heyətlərinin tərkibində Yaponiyaya təxminən 141 min nəfərin gəlməsini gözlədiklərini bildirmişdilər.

Tokioda 2020-ci ilin yayında keçirilməli olan Yay Olimpiya və Paralimpiya oyunları koronavirus pandemiyası ilə əlaqədar cari ilə keçirilib. Belə ki, Tokioda Olimpiya Oyunlarının iyulun 23-dən avqustun 8-dək, Paralimpiya Oyunlarının isə avqustun 24-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılıb.

Xəbər 418 dəfə oxundu.