“Tokio-2020”ni işıqlandıracaq jurnalistlərin 70-80 faizi vaksinasiya olunacaq | |
Beynəlxalq Olimpiya Komitəsi (BOK) və “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi yarışları işıqlandıracaq jurnalistlərin 70-80 faizinin Oyunlar başlayanadək vaksinasiya olunmasını planlaşdırır. BOK və Oyunların təşkilat komitəsi idmançılarla ünsiyyətdə olacaq KİV nümayəndələrinə vaksinasiya olunmağı tövsiyə edir. Bildirilir ki, Yaponiyada könüllülərin və KİV nümayəndələrinin vaksinasiyasına iyunun 18-dən başlanacaq. Təşkilat komitəsinin yaydığı məlumata görə, Tokio Olimpiya Oyunlarını işıqlandıracaq KİV nümayəndələrinin sayı təqribən 22 min 200 nəfər olacaq. Paralimpiya Oyunlarını isə 5600 jurnalist işıqlandıracaq. |
|
Xəbər 427 dəfə oxundu. |
|
|